AZ

İlham Əziz yeni “Qəvvas” romanından danışır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yazıçı İlham Əzizin yeni və ilk romanı olan “Qəvvas” işıq üzü görüb. 

Belə ki, romanın təqdimat və imza günü 11 aprel, saat 16:00-da Park Akademiya “Libraf” kitab mərkəzində keçiriləcək. 

Gununsesi.info-ya açıqlaması zamanı yazıçı romanın məzmunundan da söz açıb.

O bildirib ki, roman Sovet imperiyası çökəndən sonra kolanial sistemlərdə yaşayan bir fərddən, onun cəmiyyətin ən üst və alt təbəqəsinə düşüb başına gələn hadisələrdən çıxmağa çalışdığı stiuasiyalardan bəhs edir.

Yazıçı eyni zamanda qeyd edib ki, romandakı hadisələr həm Rusiyada, həm də Azərbaycanda baş verir. Romanda təkcə sosial problemlər yox, eyni zamanda 90-ların fonu və bu fonun içində fərdin psixoloji, özünüdərk problemləri həll olur”.

Qeyd edək ki, təqdimatın təşkilatçısı “Park” nəşriyyatıdır.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr