90 yaşlı amerikalı qadın Enn Krayl Esselstin Ginnesin Rekordlar Kitabına düşüb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ahıl qadın turnikdən üç dəqiqə asılı qalaraq bu uğura nail olub.
Yaşın rekordlara maneə olmadığını sübut edən qadını bu addıma sadə fitnes-çellenc təklif edən oğlu sövq edib.
Əvvəlcə o, cəmi bir dəqiqədən bir qədər çox dözə bilsə də, sonradan məşqlərə başlayıb və nəticədə dünya rekordunu yeniləyib.
Bizim.Media