"Bakı və Sumqayıt şəhərlərinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 2014-cü ildə ümumi su tutumu 268,4 mln.kbm olan Taxtakörpü su anbarı tikilmiş və suyun Ceyranbatan su anbarına çatdırılması üçün Taxtakörpü-Ceyranbatan kanalı inşa edilib. Taxtakörpü-Ceyranbatan kanalı istismara verildikdən sonra Samur-Abşeron kanalının Sitalçay nasos stansiyasından sonrakı hissəsinin, eləcə də Sitalçay nasos stansiyasının faktiki olaraq işlədilməsinə ehtiyac qalmamış və onların fəaliyyəti dayandırılıb".
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Xatırladaq ki, güclü yağışlardan sonra Xızı rayonunun Giləzi və Sitalçay kəndlərinin subasmaya məruz qalması ilə bağlı Musavat.com-a yerli sakinlər müraciət etmişdilər. Sakinlər qeyd edirdilər ki, subasmaya səbəb köhnə Samur-Abşeron su kanalının torpaq bəndinin bir neçə yerdən qırılmasıdır. (https://musavat.com/news/kohne-samur-abseron-kanali-iki-kende-felaket-yasadir-elaqedar-qurumlar-yaxasini-qiraga-cekir-video_1251905.html)
ADSEA –dan məsələ ilə bağlı qeyd edilib ki, cari ilin 4-6 aprel tarixlərində respublikanın şimal bölgəsinə yağan leysan yağışlar nəticəsində Xızı rayonunun dağətəyi ərazilərdən Xəzər dənizi istiqamətində hərəkət edən yağış suları Samur-Abşeron kanalına daxil olub: “Su axınının həddən artıq olması üçün kanalda quraşdırılan alt suötürücü qurğuların suyun tam şəkildə keçirməsini çatdıra bilmədiyindən kanalın dolmasına və daşmasına səbəb olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Samur-Abşeron kanalının istismarı idarəsi və yerli istismar idarələri tərəfindən operativ şəkildə işçi güvəsi və texnika səfərbər edilərək, rayonun Giləzi, Sitalçay və digər yaşayış məntəqələrinin və infrastrukturun subasmasının qarşısının alınması üçün suyun Xəzər dənizinə maneəsiz axıdılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.
Afaq Mirayiq,
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta