Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və İran arasında əldə olunan atışkəs razılaşmasını müsbət qarşılayıb.
APA xəbər verir ki, bu barədə o “X” hesabında paylaşım edib.
Kallas Hörmüz boğazının açılmasının da vacibliyini vurğulayıb.
Aİ rəsmisi Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirdiyini deyib və blokun bu səylərə dəstək verməyə hazır olduğunu ifadə edib.