AZ

Papa Trampa reaksiya verdi: Qəbuledilməzdir!

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Vatikan başçısı Papa XIV Leo Trampın İrana yönəlik “sivilizasiyanın məhv ediləcəyi” təhdidini qəbuledilməz sayaraq dialoqa çağırıb.Turkustan.az xəbər verir ki, Roma yaxınlığındakı Kastel Qandolfodakı həftəlik istirahətini keçirdiyi iqamətgahından axşam saatlarında Vatikana yola düşərkən Papa ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibə ilə bağlı jurnalistlərə açıqlama verib.Əslən ABŞ-dan olan Papa XIV Leo bu gün sosial mediada Trampın "İranda sivilizasiyanın məhv ediləcəyi" ilə bağlı təhdidinə birbaşa toxunaraq bunları bildirib:"Bu gün, hamımızın bildiyimiz kimi, İran xalqı üçün bir təhlükə yaranıb və bu, həqiqətən də qəbuledilməzdir. Əlbəttə ki, beynəlxalq hüquq məsələləri də var, amma burada daha çox şey var. Bu, bütün bir xalqın rifahı üçün mənəvi məsələdir."

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
icma.az

2Mənbələr