AZ

“Pizza Time” restoranında kütləvi zəhərlənmə

Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
2
missiya.az

4Mənbələr