Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-la İran arasında əldə olunacaq razılaşmadan ən çox zərərçəkən tərəf durumuna düşəcək.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.
“Üstəlik, onu danışıqlar masasına belə buraxmırlar və Trampın tələbilə İsrail əldə olunan razılaşmaları yerinə yetirməyə məcburdur. Bu vəziyyət, sözsüz ki, 27 oktyabrda parlament seçkilərinə hazırlaşan Netanyahu üçün ölümcül zərbə ola bilər.
Görünür, bu səbəbdən də İsrail bacardığı qədər ABŞ-la İran arasında əldə olunan atəşkəs razılaşmasını pozmağa çalışır. Belə ki, Pakistanın vasitəçiliyi ilə baş tutan atəşkəs razılaşmasına əsasən, bu qərar təkcə İran və ABŞ-la məhdudlaşmayacaq, həm də onların müttəfiqləri tərəfindən də həyata keçiriləcək. İranın müttəfiqlərindən birinin Livan Hizbullahı, ABŞ-ınkının isə İsrail olduğunu nəzərə alsaq, məntiqlə onlar da atəşi dayandırmalıdırlar.
Netanyahu az əvvəl yayılan mətbuat açıqlamasında Trampın İrana hücumlarla bağlı iki həftəlik atəşkəs elanını dəstəklədiyini, lakin bunun Livanı əhatə etmədiyini bildirib. Ardınca da İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirib, ən azı 4 hizbullahçını öldürdüyü açıqlayıb.
Qısası, nə qədər ki, Netanyahu hakimiyyətdədir, İranla ABŞ arasında sülh danışıqlarının nəticə verəcəyinə inanmaq sadəlövhlükdür”, - o bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.