AZ

Vens: Orbanın yenidən seçilməsini təmin etməliyik

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın paytaxtı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə keçirilən "Dostluq Günü" mitinqində çıxış edib.

Turkustan.az xəbər verir ki, bazar günü keçiriləcək mühüm parlament seçkilərindən əvvəl Orbana dəstək göstərmək üçün Macarıstana iki günlük səfərinin bir hissəsi olan mitinqdə izdihama müraciət edən vitse-prezident Vens çıxışına ABŞ prezidenti Donald Trampa zəng etməklə başlayıb.

Vens mikrofonu Trampa verdikdən sonra "Hazırda beş min macar vətənpərvəri ilə canlı yayımdasınız və düşünürəm ki, onlar sizi Viktor Orbandan da çox sevirlər" deyib.

Tramp bildirib ki, "Mən Viktorun böyük fanatıyam və onu hər zaman dəstəkləyirəm. ABŞ isə hər zaman Orbanı dəstəkləyir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr