Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt bəyanatından sonra başlayan hərbi əməliyyatlar dayandırılıb.
Tərəflər arasında 2 həftəlik atəşkəs razılığı əldə olunub.
İran rəsmiləri bildirir ki, münaqişə yalnız aprelin 10-da keçiriləcək danışıqlarda 10 bəndlik saziş imzalandıqdan sonra başa çatmış hesab edilə bilər.
Bu səbəbdən vəziyyət hələ də gərgin və qeyri-sabit olaraq qalır.
Gununsesi.info xəbər verir ki, ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlar gözlənilən nəticəni verməyib. Əki Xamenei də daxil olmaqla, bəzi mühüm hədəflərə zərbələr endirilsə də, İranın cavabı sərt olub.
Tehran ABŞ-nin regiondakı hərbi bazalarına və Fars körfəzindəki qüvvələrinə zərbələr endirib.
Saytımıza açıqlama verən siyasi şərhçi Turan Rzayevin fikrincə, İranın müqaviməti gözləniləndən daha güclü olub. Körfəz ölkələri, Türkiyə və Avropa müttəfiqlərin əməliyyatlara dəstək verməməsi də Vaşinqtona təzyiq yaradıb.
Politoloq həmçinun atəşkəsin əldə olunmasında Çinin rolunu xüsusi vurğulayır.
O bildirir ki, Pekinin həm diplomatik təzyiqi, həm də mümkün hərbi dəstəyi tərəfləri danışıqlara yönləndirib.
Onun sözlərinə görə, hazırda tərəflər özlərini qalib elan etsə də, ortada tam qələbə yoxdur və vəziyyət hələ də həssas olaraq qalır.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.