AZ

Bu ölkə ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirildi FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan və Qambiya arasında Banculda siyasi məsləhətləşmələrin birinci raundu keçirilib, təhsil, ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qambiya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, danışıqlar aprelin 7-də Qambiya Xarici İşlər Nazirliyində keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qambiya nümayəndə heyətinə isə daimi katib və diplomatik xidmətin rəhbəri Lanq Yabu başçılıq edib.

"Tərəflər təhsil, ticarət, siyasi dialoq, iqtisadi inkişaf və çoxtərəfli əməkdaşlıq daxil olmaqla bir sıra əsas istiqamətlər üzrə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər", – nəşr qeyd edir.

Yabu Azərbaycanla son otuz il ərzində davamlı olaraq inkişaf edən tərəfdaşlığın möhkəm xarakterini vurğulayıb. O, həmçinin Azərbaycanın Qambiyaya dəstəyini, xüsusilə bu ölkədə ali təhsilin və insan kapitalının inkişafına töhfə verən təqaüdlərin əhəmiyyətini yüksək qiymətləndirib.

"Bu tərəfdaşlıq ortaq dəyərləri, həmrəyliyi və qarşılıqlı etimadı simvolizə edir", – Yabu deyib. O, məsləhətləşmələrin hörmət və praktiki əməkdaşlığa əsaslanan uzunmüddətli faydalar gətirəcək konkret strateji planlara gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr