AZ

İbrahim Tatlısesin vəziyyəti açıqlandı 

Tanınmış sənətçi İbrahim Tatlısesin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, evində qəfil halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilərək reanimasiya şöbəsinə qəbul edilən sənətçinin müalicəsi davam edir. Onun oğlu Ahmet Tatlıses məsələ ilə bağlı açıqlama verib və ictimaiyyəti maraqlandıran son vəziyyət barədə məlumat paylaşıb.

Xəstəxana tərəfindən yayılan rəsmi açıqlamada bildirilir:

"Pasiyentimiz İbrahim Tatlıses bu gün saat 11:20-də qan təzyiqinin aşağı düşməsi şikayəti ilə xəstəxanamızın təcili yardım şöbəsinə müraciət edib. Təcili yardım müayinələri ilə yanaşı aparılan qan analizləri və tomoqrafiya müayinəsinin nəticələrinə əsasən, ilkin diaqnoz kimi infeksiya ehtimalı nəzərə alınaraq ehtiyat tədbiri məqsədilə reanimasiya şöbəsinə yerləşdirilib. Pasiyentin şüuru açıqdır, ürək fəaliyyəti və ağciyər toxuması normaldır, ümumi vəziyyəti qənaətbəxşdir. Bakterial infeksiya səbəbilə müalicəsinə başlanılıb".

Seçilən
18
manset.az

1Mənbələr