AZ

Aİ-dən Trampa sərt reaksiya: "Mülki infrastruktura hücum qəbulolunmazdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta, ABŞ Prezidenti Donald Trampın İrana qarşı hədələrini kəskin şəkildə pisləyib. Politico nəşrinin məlumatına görə, Koşta mülki hədəflərin vurulmasının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Koşta bildirib ki, enerji obyektləri və mülki infrastruktura hücumlar qanunsuzdur. O, bu standartların Rusiya-Ukrayna müharibəsində olduğu kimi, hər yerdə eyni dərəcədə tətbiq edilməli olduğunu deyib.

Avropalı diplomatlar Trampın hədələrindən narahatlıqlarını ifadə edərək, ABŞ-nin illərdir Rusiyanı mülki infrastruktura hücumda ittiham etdiyini, indi isə oxşar hədələrin Vaşinqtondan gəlməsinin ziddiyyət təşkil etdiyini bildirirlər. Trampın körpülər, şirinləşdirmə zavodları və enerji obyektlərini hədəf göstərməsi beynəlxalq hüquqda potensial müharibə cinayəti kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr