
İranın Minab şəhərində məktəbə edilən hücum zamanı həyatını itirənlər faciənin 40-cı günündə anılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Məlumata görə, mərasimlər ölkənin müxtəlif bölgələrində minlərlə gənc və onların valideynlərinin iştirakı ilə keçirilib.
Bildirilir ki, tədbirlər ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs razılaşmasını elan etməsindən bir neçə saat əvvəl baş tutub.