Ajans.az xəbər verir ki, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib. Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.