AZ

Tramp İranla danışıqlara onları göndərəcək – Siyahıda Vens də var

Tramp administrasiyası yaxın günlərdə İranla mümkün üzbəüz danışıqlara hazırlaşır.

CNN-in ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, danışıqlara vitse-prezident C.D.Vens, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin qatılması ehtimal olunur.

Danışıqlar iki həftəlik atəşkəs dövründə baş tutacaq.

Mənbələrə görə, görüş Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilə bilər. Ağ Ev bu formatla bağlı müzakirələrin davam etdiyini, lakin yekun qərarın hələ verilmədiyini və ayrıca elan ediləcəyini açıqlayıb.

Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-İran danışıqlarının 10 apreldə İslamabadda keçiriləcəyini açıqlayıb.

Seçilən
15
veteninfo.az

1Mənbələr