AZ

Mədəniyyət Nazirliyi Opera və Balet Teatrı ndakı qalmaqala münasibət bildirdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı mediada səslənən məsələlərdən xəbərdarıq. Nazirlik olaraq bu cür hallara həssas yanaşırıq.

Mədəniyyət müəssisələri qarşıdurma yox, əməkdaşlıq məkanıdır. Bu prinsip bizim üçün əsasdır.

Hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyi öyrənilir və proses Nazirliyin diqqətindədir. Zərurət olduqda vəziyyətə institusional səviyyədə müdaxilə mexanizmləri tətbiq olunur.

Yanaşmamız ondan ibarətdir ki, hər hansı fikir ayrılığı emosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayış çərçivəsində həllini tapsın.

Həm teatr rəhbərliyi, həm də irad bildirən əməkdaşlarla ünsiyyət imkanları açıqdır. Zərurət yaranarsa, Nazirlik platformasında müzakirələrin təşkili mümkündür.

Əsas məqsədimiz vəziyyəti obyektiv qiymətləndirmək, balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal iş ritmini qorumaqdır.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr