Vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması, insanların problemlərinin yerində öyrənilərək həlli istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində səyyar qəbullar davam etdirilir.
Bu çərçivədə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəalla birlikdə Xınalı kəndində səyyar qəbul keçirib.
Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verilib.
Səyyar qəbul zamanı əsas məqsəd vətəndaşları narahat edən məsələlərin birbaşa yerində araşdırılması, mövcud problemlərin operativ həlli və əhalinin müraciətlərinə həssas yanaşmanın təmin olunması olub.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri