Idman.biz saytına istinadən ain.az xəbər verir.
On azərbaycanlı şahmatçı fərdi yarışlarda Avropa çempionatına qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, Polşanın Katovitse şəhərində 2027-ci il Dünya Kubokuna seçim xarakteri daşıyan qitə birinciliyi start götürüb. Bu yarışda vəsiqə qazanmaq üçün ilk 20-liyə düşmək lazımdır.
Birinci turda 13 azərbaycanlı şahmatçıdan 10-u qələbə qazanıb. Onların arasında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Riad Səmədov, Xəzər Babazadə, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva və Süleyman Süleymanlı yer alıb.
Azərbaycanın daha iki təmsilçisi Şiroğlan Talıbov və Əli Zuqanov heç-heçə edib, yeganə məğlubiyyəti isə Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarovun yetirməsi olan Xaqan Əhməd alıb.
Bu gün Avropa çempionatının ikinci turu keçiriləcək, ümumilikdə isə 11 turun baş tutması planlaşdırılır.
Teymur Tuşiyev
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.