AZ

“Bavariya”nın futbolçusu yeni rekord müəyyənləşdirib

Bakı, 8 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” komandasının futbolçusu Maykl Olise tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, o, XXI əsrdə Avropanın Top-5 liqalarında çıxış edən klublar arasında bir mövsümdə 25 məhsuldar ötürmə edən ilk fransalı oyunçu olub.

O, bu göstəriciyə ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldikləri matçda imza atıb.

Əvvəlki rekord 2011/2012-ci illər mövsümündə 24 məhsuldar ötürmə ilə Frank Riberiyə məxsus idi.

Qeyd edək ki, “Bavariya” və “Real Madrid” arasında cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.

Seçilən
15
2
azertag.az

3Mənbələr