AZ

I Liqa: "Baku Sportinq" liderlə xal fərqini azalda biləcək?

Bu gün Azərbaycan I Liqasında 21-ci tur start götürür. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə iki qarşılaşma baş tutacaq. 

"Baku Sportinq" Buzovnada MOİK-i sınağa çəkəcək. Bakı komandalarının dueli saat 15:30-da başlayacaq.

Eyni vaxtda start götürəcək "Cəbrayıl" - "Zaqatala" matçı isə Şamaxıda təşkil olunacaq. Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl" bir pillə öndə olan qonşusu ilə radakı fərqi azalrmaq və son turlar üçün motivasiya qazanmaq əzmindədir.

Turun qalan üç oyunu 9 apreldə keçiriləcək.

Azərbaycan I Liqası
XXI tur
8 aprel

“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Buzovna. Qəsəbə stadionu, 15:30

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Seçilən
6
1
fanat.az

2Mənbələr