AZ

Ayın qaranlıq tərəfi artıq sirr deyil – Yeni görüntülər 

2026-cı il aprelin 6-da “Artemis II” missiyasının astronavtları Ayın ətrafında uçuş həyata keçirib.

Ölkə.az xəbər verir ki, onlar indiyədək insan gözü ilə görülməmiş bəzi bölgələri müşahidə ediblər.

Astronavtlar gördüklərini fotoşəkillərlə sənədləşdiriblər. Paylaşılan görüntülər Ayın az tanınan tərəflərini və kosmosdan görünüşünü bir daha göz önünə sərir.

Missiya çərçivəsində əldə olunan bu materiallar həm elmi baxımdan, həm də bəşəriyyətin kosmosu daha yaxından tanıması üçün böyük əhəmiyyət daşıyır.

Həmidə İbrahimova

Seçilən
16
1
olke.az

2Mənbələr