Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, CNN etibarlı mənbə kimi təqdim etdiyi bir xəbərdə Nigeriyadan olan saxta xəbər saytına istinad edib və bu məlumat “fırıldaq” xarakteri daşıyır.
ABŞ prezidenti qeyd edib ki, İranın rəsmi mövqeyi və bəyanatı onun öz “Truth Social” hesabında yerləşdirilib.
Tramp habelə, bu cür məlumatların yayılmasında cinayət tərkibi olub-olmadığını müəyyən etmək üçün araşdırmanın başladıldığını açıqlayıb.
