AZ

Hande Erçelin narkotik testi nəticəsi bəlli oldu

ain.az, Demokrat.az saytına istinadən bildirir.

İstanbulda məşhur simalara qarşı aparılan narkotik araşdırmasında adı hallanan Hande Erçelin analiz nəticələri açıqlanıb. Məhkəmə Tibb Ekspertizası tərəfindən aparılan yoxlamalar zamanı aktrisanın qanında və saç nümunələrində hər hansı qadağan olunmuş maddə aşkarlanmayıb.Demokrat.az xəbər verir ki, rəsmi hesabatda test nəticəsinin neqativ çıxdığı bildirilir.Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı genişmiqyaslı əməliyyat çərçivəsində bir çox tanınmış şəxs ifadəyə çağırılmışdı. Hande Erçel də ölkəyə qayıdan kimi prokurorluğa gedərək dindirmədə iştirak etmişdi. Aktrisa verdiyi ifadədə ömrü boyu heç vaxt zərərli maddələrdən istifadə etmədiyini qətiyyətlə vurğulamışdı. O, haqqında çıxan iddiaların və yayılan xəbərlərin mənəvi baxımdan onu çox sarsıtdığını da qeyd etmişdi. Ekspert rəyi artıq aktrisanın sözlərini rəsmən təsdiqləmiş oldu. Hazırda istintaq prosesi adıçəkilən digər şübhəlilərlə bağlı davam edir. Oxşar analizlərin digər məşhur şəxslər üçün də keçərli olacağı və nəticələrin yaxın günlərdə bəlli olacağı gözlənilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr