AZ

https://azertag.az/xeber/iqtisadi_suranin_ve_azerbaycan_investisiya_holdinqinin_musahide_surasinin_birge_iclasi_kechirilib-4111363

Aprelin 7-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin edilməsi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə yer alan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR-a və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr