AZ

Cinayət mühakimə icraatında elektron sənəd dövriyyəsi qaydasının layihəsi hazırlanacaq

Bakı. Trend:

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektronformada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektrondövriyyəsi qaydasının layihəsi hazırlanacaq.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncamimzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi,İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, XüsusiRabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, DövlətTəhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ali Məhkəmə, BaşProkurorluq və icra prosesində müəyyən ediləcək digər aidiyyətidövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqlacinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektronformada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektrondövriyyəsi qaydasının layihəsini hazırlayıb iki ay müddətindəNazirlər Kabinetinə təqdim etməlidirlər.

Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.

Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayətmühakimə icraatı zamanı prosessual sənədlərin elektron formadatərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektrondövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Seçilən
20
3
az.trend.az

4Mənbələr