Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ ilə İran arasında elan olunan atəşkəsi şərh edərək, aqressiv və səbəbsiz hücum yanaşmasının iflasa uğradığını bildirib.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə “Sputnik” radiosunun efirində danışıb.
Zaxarova qeyd edib ki, daha sərt və hücumçu mövqe nümayiş etdirməyin, sosial şəbəkələrdə bunu geniş təbliğ etməyin uğur gətirəcəyi ilə bağlı yanaşma özünü doğrultmayıb. Onun sözlərinə görə, bu mövqe növbəti dəfə ciddi məğlubiyyətə uğrayıb.
Rusiya XİN rəsmisi vurğulayıb ki, Moskva Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində beynəlxalq hüquq və milli maraqlar çərçivəsində fəaliyyət göstərib. O əlavə edib ki, Rusiya bu prosesdə humanist məqsədləri əsas götürüb.
NURİYYƏ