“Napoli”nin baş məşqçisi Antonio Konte dünən A Seriyası çərçivəsində “Milan” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis İtaliya millisinin baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı fikirlərini bölüşüb:
“İtaliya Futbol Federasiyasının prezidenti olsaydım, özümü millinin baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirərdim.
Amma hazırda müqaviləmin müddətinin bitməsinə bir il var. Daha sonra klub prezidenti Aurelio De Laurentislə görüşüb gələcəyimi müzakirə edəcəm”.
Konte əlavə edib ki, son vaxtlar onun adı müxtəlif klublarla da hallandırılır:
“Keçən il son üç ayda mənim “Yuventus”a keçidim barədə çox danışılırdı. Bəzi məsələlərə aydınlıq gətirmək lazımdır”.
İtaliyalı mütəxəssis millidə işləməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Millidə çalışmaq təcrübəm olub və bu mühiti yaxşı tanıyıram. Ölkəni təmsil etmək böyük xoşbəxtlikdir. Amma hazırda bütün diqqətimiz “Napoli”dəki işimizə yönəlib”.