AZ

Tarixi və Strateji Əlaqələrin İnkişafı



Azərbaycan–Gürcüstan münasibətləri tarixən mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanaraq formalaşmış, bu günə qədər də yüksək səviyyədə inkişaf etməkdədir. İki ölkə arasında dostluq əlaqələri yalnız coğrafi yaxınlıqdan deyil, həm də ortaq maraqlar, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi mühüm amillərdən qaynaqlanır.
Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Gürcüstanla əlaqələrin inkişafına xüsusi diqqət yetirilmiş, bu münasibətlərin strateji əhəmiyyəti həm daxili, həm də beynəlxalq müstəvidə ön plana çəkilmişdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan–Gürcüstan tərəfdaşlığı enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mühüm layihələrin reallaşmasına zəmin yaratmışdır.
Qeyd etmək istərdim ki, bu gün bu siyasət Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata birgə bəyanatlarla çıxış edərək iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləmiş, gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı mühüm mesajlar vermişlər.
Ölkə başçımız bəyanatı zamanı bildirmişdir ki, Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.
Prezident Cənab İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri yalnız keçmişdə qurulmuş dostluq və əməkdaşlıq əsasında deyil, həm də gələcəyə yönəlmiş strateji tərəfdaşlıq kimi davam etdirilir. Bu səfər, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmlənməsinə verdiyi önəmi bir daha təsdiqləyir və onu göstərir ki, iki ölkə regionda sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı təmin etmək üçün birgə səylərini davam etdirəcək.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Seçilən
19
1
newscenter.az

2Mənbələr