ABŞ Quru Qoşunları naziri Daniel Driskol Pentaqon rəhbəri Pit Heqsetlə münaqişə səbəbindən istefa verəcəyini istisna edib.
Musavat.com xəbər verir ki, onun açıqlamasını The Washington Post (WP) yayıb: "Mənim istefa vermək və ya Ordu naziri vəzifəmdən getmək planım yoxdur".
Driskol Amerika prezidenti Donald Trampın administrasiyasında bu vəzifədə xidmət etməkdən şərəf duyduğunu vurğulayıb. WP qeyd edir ki, bu bəyanat Heqsetlə "bir sıra daxili toqquşmalardan" sonra baş verib və bu da "bəzi Amerika rəsmilərinin onların birgə işləmək qabiliyyətlərini şübhə altına almasına" səbəb olub. Eyni zamanda qəzetin məlumatına görə, Heqsetin İctimaiyyətlə Əlaqələr üzrə köməkçi katibi Şon Parnell Driscoll istefa verərsə, Ordu naziri vəzifəsini öz üzərinə götürməkdə maraqlı olduğunu bildirib.
Ötən həftə ABŞ Müdafiə Nazirliyi Ordu Baş Qərargah rəisi Rendi Corcu, eləcə də iki general - Devid Hadni və Uilyam Qrini vəzifələrindən azad edib. Beləliklə, Pentaqon rəhbəri Birləşmiş Qərargah Rəisləri Komitəsini demək olar ki, tamamilə yenidən qurub.
WP mənbələrinin məlumatına görə, Heqset vitse-prezident J.D. Vensin yaxın dostu Driscoll ilə münaqişədədir. Lakin nəşrin mənbələrinə görə, "Heqset Driscollu işdən çıxara bilməz", ona görə də "onun həyatını cəhənnəmə çevirəcək".
Musavat.com