Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Publika.az xəbər verir ki, azarkeşlər 2 maraqlı cütü izləmək imkanına sahib olacaqlar.
İspaniyada bu ölkənin iki nəhəngi - "Barselona" və "Atletiko" üz-üzə gələcək. Komandaların ilk dueli "Kamp Nou"da baş tutacaq.
Gecənin başqa bir maraqlı görüşündə turnirin son qalibi PSJ "Liverpul"u qəbul edəcək.
Hər iki görüşün start fiti saat 23:00-da veriləcək.