AZ

AP: ABŞ və İran arasında atəşkəs “gözlənilməz vasitəçilərlə” əldə olunub

Associated Press (AP) agentliyinin yaydığı məlumata görə, ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşması son anda prosesə qoşulan iki “gözlənilməz oyunçu”nun iştirakı ilə mümkün olub.

Agentlik bildirir ki, razılaşmanın formalaşmasında ABŞ-ın vitse-prezidenti  Vens və Cin mühüm rol oynayıb.
Mənbənin sözlərinə görə, Vens danışıqlara dünən qoşulub. Bu addım ABŞ prezidenti Donald Tramp tərəfindən İranın həyati əhəmiyyətli infrastrukturuna və körpülərə mümkün zərbələrin endirilməsi üçün müəyyən edilən son tarixə az qalmış atılıb.
AP-nin məlumatında qeyd olunur ki, Çin rəsmiləri də iranlı həmkarları ilə əlaqə saxlayaraq Tehranın atəşkəsə razı salınmasına çalışıblar.

Bildirilir ki, Pekin bu prosesdə əsasən Pakistan, Türkiyə və Misir kimi vasitəçi ölkələr üzərindən təsir imkanlarından istifadə edib.

Seçilən
15
veteninfo.az

1Mənbələr