AZ

Xarici İşlər Nazirliyi bəyanat yaydı

Xarici İşlər Nazirliyi Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban faciəsindən 34 il ötür.

1992-ci ildə Kəlbəcərin 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı dəstələri tərəfindən tamamilə dağıdılıb və yaşayış məntəqəsi tamamilə viran qalıb.

Cəmi 779 mülki şəxs ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə müstəsna qəddarlıqla vəhşicəsinə qətlə yetirilib.

Bu faciə tarixdə Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlərin ağrılı nümunələrindən biri kimi qalıb.

Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Seçilən
23
21
sitat.info

10Mənbələr