İran və Oman iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq niyyətindədirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, toplanan vəsait yenidənqurma işlərinə sərf olunacaq.
Qeyd olunur ki, hazırda boğazdan hərbi əməliyyatlardan əvvəlki gəmiçilik həcminin yalnız 5%-i keçir. İran hər gəmi üçün 2 milyon dollara qədər rüsum alır. Gəmi sahiblərinin bu rüsumu ödəyib-ödəmədiyi məlum deyil.
Gülayə Mecid