AZ

İrana dəyən zərərin ödənilməsi planı açıqlanıb Atəşkəsdə yeni mexanizm

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın müharibə zamanı üzləşdiyi zərərin necə kompensasiya ediləcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bu brədə məlumatı "Fars" Xəbər Agentliyi yayıb.

Bildirilib ki, atəşkəs razılaşması çərçivəsində zərərlərin ödənilməsi üçün xüsusi investisiya-maliyyə fondunun yaradılması nəzərdə tutulur. Mənbələrin sözlərinə görə, bu fond vasitəsilə dağıdılmış infrastruktur və obyektlərin bərpası maliyyələşdiriləcək. Lakin fondun konkret idarəetmə mexanizmi və strukturu hələ açıqlanmayıb.

Eyni zamanda, İranın gələcəkdə Hörmüz boğazı üzərindən keçən gəmilərdən toplamağı planlaşdırdığı rüsum və vergilərin bir hissəsinin də bərpa işlərinə yönəldilməsi nəzərdə tutulur.

Məlumata görə, atəşkəs şərtlərində diqqət çəkən məqamlardan biri də İran və Oman üçün Hörmüz boğazından istifadə edən gəmilərdən ödəniş almaq hüququnun verilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
baku.ws

2Mənbələr