AZ

Ağcaqanad kabusu bitir: Çoxala bilməyəcəklər

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bioloqlar təhlükəli ağcaqanadların çoxalmasını dayandırmağın yolunu tapıblar. ABŞ-nin Virciniya Politexnik İnstitutunun tədqiqatçıları "Aedes aegypti" ağcaqanadlarında yumurta qoyma prosesini idarə edən mexanizmi aşkar ediblər. Bu növ ağcaqanadlar sarı qızdırma, Zika və denge qızdırması kimi ağır xəstəliklərin əsas daşıyıcısı hesab olunur.Uzun illərdir elm adamları dişi ağcaqanadlarda çoxalma prosesini başladan yuvenil hormonun iki müxtəlif reseptor vasitəsilə təsir etdiyini düşünürdülər. Hüceyrənin daxilindəki reseptor çoxdan məlum olsa da, hüceyrə səthindəki ikinci reseptoru tapmaq mümkün deyildi. Professor Cinsun Çjunun rəhbərlik etdiyi komanda sübut edib ki, əslində hər iki funksiyanı "Methoprene-tolerant" (MET) adlı vahid zülal yerinə yetirir.Bu zülal hüceyrənin həm daxilində, həm də xarici qatında eyni vaxtda çalışır. O, hüceyrə daxilində yumurtanın inkişafı üçün lazım olan genləri aktivləşdirir, membranda isə yumurta hüceyrələrinin yetkinləşməsi üçün əlavə siqnallar ötürür.Tədqiqat zamanı aparılan təcrübələr göstərib ki, MET zülalının hər hansı bir funksiyası sıradan çıxanda dişi ağcaqanadların çoxalma qabiliyyəti kəskin şəkildə azalır. Bu kəşf yoluxucu xəstəliklərlə mübarizədə yeni mərhələ aça bilər. Hazırda istifadə edilən insektisidlər həşəratların sinir sisteminə təsir edir və vaxt keçdikcə ağcaqanadlarda onlara qarşı dözümlülük yaranır. Yeni hədəf — reproduktiv sistem — isə yalnız ağcaqanadlara təsir edən və digər faydalı həşəratlar üçün təhlükəsiz olan preparatların hazırlanmasına imkan verəcək.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
demokrat.az

1Mənbələr