AZ

"07" restorana çırpıldı: 3 nəfər...

Mingəçevirdə avtomobil restoranın divarına çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində şəhərin İslamzadə küçəsində baş verib.

“VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq restoranın divarına çırpılıb. Nəticədə sürücü, 29 yaşlı Qurban İsmayılov, həmçinin sərnişinlər - 20 yaşlı Ruslan Əhmədov və 23 yaşlı Kənan Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr