AZ

İran: Nizamlanma əldə olunmasa, döyüşməyə davam edəcəyik

İran: Nizamlanma əldə olunmasa, döyüşməyə davam edəcəyik

İran, əgər siyasi nizamlanma əldə olunmasa, tələbləri tam yerinə yetirilənə qədər döyüşməyə davam edəcək.

AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurası bəyanat yayıb.

"Hazırkı danışıqlar döyüş meydanındakı hadisələrin davamıdır. Vacibdir ki, bütün xalq, bütün elitalar və siyasi partiyalar inqilab rəhbərinin və ali rəhbərliyin nəzarəti altında gedən bu prosesə etibar etsinlər, onu dəstəkləsinlər və birliyi pozan hər hansı bəyanatdan qətiyyətlə çəkinsinlər. Əgər düşmənin döyüş meydanındakı məğlubiyyəti qəti siyasi nailiyyətə çevrilərsə, biz qələbəni bayram edəcəyik, əks halda İran xalqının bütün tələbləri yerinə yetirilənə qədər döyüş meydanında çiyin-çiyinə vuruşacağıq".

Bəyanatda həmçinin vurğulanıb ki, hərbi hazırlıq ən yüksək səviyyədədir: "Barmaqlarımız tətikdədir, kiçik bir səhv olarsa, düşmən güclü cavab alacaq".

Qeyd edək ki, bu bəyanat bölgədə atəşkəs və diplomatik həll yollarının müzakirə edildiyi həssas bir dövrə təsadüf edir.

Seçilən
20
afn.az

1Mənbələr