Sabiq deputat Mətləb Mütəllimli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Herbiand.az xəbər verir ki, Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, XII çağırış Azərbaycan Ali Sovetinin və I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
AXC hakimiyyəti dövründə Azərbaycanın Baş prokurorunun birinci müavini vəzifəsini tutub.
Mətləb Mütəllimli özünün yaratdığı Sosial Ədalət Partiyasının sədri kimi də fəaliyyət göstərib.
Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!