Son həftələrdə mərkəzi bankların daha yüksək inflyasiya və faiz dərəcələrini artırması ehtimalından əziyyət çəkən qızıl, İranda atəşkəs elan edildikdən sonra bir qədər bərpa olunub.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki,
Fransa vaxtı ilə təxminən 00:20-də (Bakı vaxtı ilə 02:20) qiymətli metal 2,30% artaraq unsiyası 4815 dollara çatıb.
Bundan başqa ABŞ dolları həm avro, həm də yenə qarşı kəskin şəkildə ucuzlaşıb ki, bu da neft qiymətlərinin düşməsini əks etdirir. Dollar Yaponiya valyutasına qarşı 0,63% azalaraq, bir dollar üçün 158,62 yenə düşüb.
Aydın Baxış