AZ

Rusiya və Çin Hörmüz qətnaməsinə veto qoydu - BMT sənədi qəbul edə bilmədi

Rusiya və Çin Hörmüz qətnaməsinə veto qoydu - BMT sənədi qəbul edə bilmədi

BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsi qəbul edilməyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bəhreynin təşəbbüsü ilə irəli sürülən sənəd Rusiya və Çinin vetosu ilə qarşılaşıb.

Səsvermə zamanı 11 ölkə layihəni dəstəkləsə də, Pakistan və Kolumbiya bitərəf qalıb. Daimi üzv statusuna malik olan Rusiya və Çin isə öz hüquqlarından istifadə edərək sənədin keçməsinə icazə verməyiblər.

Sözügedən qətnamə boğazda gəmilərin hərəkətinə mane olan addımlara qarşı çəkindirici mexanizmlərin yaradılmasını nəzərdə tuturdu. Bəhreyn və digər Körfəz ölkələri bu sənəd vasitəsilə strateji su yolunun açıq qalması üçün ehtiyac yaranarsa, güc tətbiq etməyə beynəlxalq hüquqi zəmin hazırlamağı planlaşdırırdılar.

Uğursuz səsvermədən sonra Bəhreyn tərəfi bəyan edib ki, İranın boğazı bağlamaq səlahiyyəti yoxdur. Çin isə öz növbəsində layihəni qərəzli adlandırıb.

Çinin BMT-dəki nümayəndəsi Fu Konq bildirib ki, sənəd problemin əsl qaynağını araşdırmaq əvəzinə yalnız İranı günahlandırır və ABŞ-la davam edən həssas danışıqlar prosesinə zərər vura bilər.

Seçilən
36
afn.az

1Mənbələr