AZ

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanınyağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, qeyd olunanları nəzərəalaraq, Nazirlik müvafiq təhlükəsizlik qaydalarını bir dahaxatırladır.

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsiilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə havaşəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərəalmalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!" - deyə bildirilib.

Seçilən
62
49
az.trend.az

10Mənbələr