AZ

İran Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəsə hazır olduğunu təsdiqləyib

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəsə hazır olduğunu təsdiqləyib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Qeyd olunur ki, Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla növbəti iki həftə ərzində mümkün ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl təqdim etdiyi təkliflər əsasında Tehranla danışıqlara hazır olduğunu bildirmiş, həmçinin İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağı təqdirdə, mümkün zərbələri iki həftə müddətinə dayandıracağını açıqlamışdı.

Seçilən
19
4
xalqqazeti.az

5Mənbələr