Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı Mətləb Mütəllimli vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər. Qeyd olunub ki, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Mətləb Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Bir müddət Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində də işləyib.
Mərhum sabah Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.
Allah rəhmət eləsin!