AZ

Azərbaycan XİN Ağdaban qətliamının 33-cü ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sosialşəbəkə hesablarında Ermənistan tərəfindən Azərbaycanlılara qarşıtörədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamının34-cü ildönümü ilə bağlı paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmişçoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdabanqətliamından 34 il ötür.

1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi ermənisilahlı birləşmələri tərəfindən tamamilə dağıdılmış, yaşayışməntəqəsi yerlə-yeksan edilmişdir.

779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalmış, 67 nəfər isəxüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərinacı nümunələrindən biri kimi tarixdə qalır.

Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yadedirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Seçilən
23
13
az.trend.az

10Mənbələr