AZ

KİV: Pentaqon rəhbəri Trampa İranla bağlı yanlış məlumat verir

BAKI, 8 aprel. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset prezident Donald Trampa İranla bağlı reallığı əks etdirməyən məlumatlar təqdim edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadla yazıb.

Məlumata görə, Heqset ABŞ ordusunun İranda üstünlüyü barədə prezidentə yanlış təsəvvür formalaşdırır.

“Pit prezidentə həqiqəti demir. Nəticədə prezident də ictimaiyyətə yanlış məlumat ötürür”, - deyə nəşrin məlumatında qeyd olunub.

Qəzet yazır ki, İran tərəfindən F-15E qırıcı təyyarəsinin vurulması və ekipajın xilas edilməsi əməliyyatı Tehranın hələ də ABŞ qüvvələrinə təhlükə yarada biləcək potensiala malik olduğunu göstərib.

Bildirilir ki, bu hadisə Pentaqon rəhbərinin “İran səması üzərində tam nəzarət” və “şərtsiz hava üstünlüyü” barədə açıqlamalarını şübhə altına alıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr