AZ

Özünəinamı sarsıdan gözəllik tələləri: Qadın bədəni haqqında doğru bildiyimiz yanlışlar

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ümumi praktika həkimi Amir Xan qadın bədəni haqqında ən çox yayılmış mifləri sadalayıb və onların özünəqiymətləndirməyə mənfi təsirləri barədə xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "Bristol Live" nəşri məlumat yayıb.

Amir Xanın sözlərinə görə, xarici görünüşlə bağlı bir çox təsəvvürlər gözəllik sənayesi tərəfindən qəbul etdirilir və onların heç bir elmi əsası yoxdur. O qeyd edib ki, qocalma təbii bir prosesdir, düzəldilməli olan "problem" deyil. Buna baxmayaraq, qocalma əleyhinə vasitələr bazarının böyüməsi qadınlarda yaşla bağlı dəyişikliklərdən qorxu yaradır.

Həkim gigiyena və bədən quruluşu ilə bağlı yanlış inanclara da toxunub. O xatırladıb ki, bədəndəki tüklər qoruyucu funksiya yerinə yetirir. Selülit və dartılma izləri (strialar) kimi xüsusiyyətlər isə qadınların əksəriyyətində rast gəlinən normal hallardır və qüsur sayılmamalıdır.

Bundan əlavə, Amir Xan vahid ideal bədən tipinin olması və ya həmişə qüsursuz görünmək məcburiyyəti barədə geniş yayılmış inancı təkzib edib. O vurğulayıb ki, sosial şəbəkələrdəki filtrlər və görüntülərin emalı reallığı təhrif edərək qadınlara psixoloji təzyiqi artırır:

"Dəridə məsamələrin olması normaldır. Mükəmməlliyə can atmaq isə çox vaxt məcburi və tamamilə lazımsızdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
oxu.az

1Mənbələr