AZ

İrana dəyən zərər necə ödəniləcək? Atəşkəs şərtlərində sürpriz maddə

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İrana münaqişə zamanı dəyən zərərin xüsusi investisiya fondu vasitəsilə kompensasiya ediləcəyi iddia olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbə bildirib ki, zərərlərin ödənilməsi yaradılacaq investisiya-maliyyə fondu vasitəsilə həyata keçiriləcək. Fondun strukturu və idarəetmə mexanizmi barədə hələlik ətraflı məlumat verilməyib.

Bundan əlavə, qeyd olunur ki, İranın Hörmüz boğazı vasitəsilə keçən gəmilərdən gələcəkdə yığmağı planlaşdırdığı vergilərin bir hissəsi münaqişə nəticəsində dağıdılmış obyektlərin bərpasına yönəldiləcək.

Agentliyin məlumatına görə, atəşkəs şərtlərində İran və Omana Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək hüququnun verilməsi də yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
oxu.az

2Mənbələr