AZ

Alimlər bəşəriyyətə dünya ilə bağlı vacib xəbərdarlıq etdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bəşəriyyətin sayı hazırda planetin mövcud resurslarla sabit saxlaya biləcəyi həddi keçib. "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmaya görə, son 200 ilin demoqrafik göstəriciləri və resurs istifadəsi dinamikası Yer kürəsinin hədsiz yükləndiyini göstərir.Tədqiqat müəllifləri hesab edirlər ki, indiki istehlak səviyyəsində planetimiz üçün optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Lakin hazırda dünya əhalisinin sayı 8 milyardı ötüb. Bu isə planetin imkanları ilə real tələbat arasında kəskin fərq yaradır. Ekspertlər qeyd edirlər ki, əhalinin bu qədər sürətli artımı qalıq yanacaqlardan istifadə sayəsində mümkün olub, çünki bu enerji növü resurslara çıxışı müvəqqəti olaraq asanlaşdırıb.Proqnozlara görə, yaxın onilliklərdə artım sürəti zəifləsə də, tam dayanmayacaq. XXI əsrin ikinci yarısında dünya əhalisinin 11-12 milyard nəfərə çatacağı gözlənilir. Elm adamları vurğulayırlar ki, enerji, su, torpaq və qida istifadəsində ciddi dəyişikliklər edilməsə, təbiətə olan təzyiq daha da artacaq. Bu vəziyyət gələcəkdə qlobal qeyri-sabitliyə yol aça bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr