AZ

Trampdan gözlənilməz qərar KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin iki həftə müddətinə dayandırıldığını rəsmən elan edib.

Ağ Ev rəhbəri tərəflər arasında ikitərəfli atəşkəsə razılıq verdiyini bildirərək, Amerika hərbçilərinin qarşıya qoyulan bütün hədəflərə artıq nail olduğunu, hətta onları üstələdiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Tramp İrandan 10 bənddən ibarət təklif aldıqlarını və bunu danışıqlar üçün işlək baza hesab etdiklərini qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ və İran arasında keçmiş fikir ayrılıqlarının demək olar ki, hamısı razılaşdırılıb, bu iki həftəlik müddət isə sazişin tam yekunlaşdırılmasına imkan verəcək. Tramp həm ABŞ, həm də Yaxın Şərq ölkələri adından bu uzunmüddətli problemin həllinə yaxın olmaqdan şərəf duyduğunu bildirib.\\Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
4
konkret.az

8Mənbələr