AZ

CNN: Vens, Uitkoff və Kuşner İslamabadda İranla əsas müzakirəçilər kimi çıxış edə bilərlər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarında iştirak edəcəyi ehtimal olunur.

"Far.Az"un CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezident Administrasiyasının nümayəndələri bildiriblər.

Telekanalın məlumatına görə, görüş Pakistanın vasitəçiliyi ilə keçirilə bilər. Danışıqlarda həmçinin Pakistan tərəfinin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

Mənbələrin məlumatına görə, hazırda Macarıstanda səfərdə olan Cey Di Vensin iş qrafikinə İslamabada səfər daxil edilə bilər.

Qeyd olunur ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da ölkə paytaxtında danışıqlar aparmağa dəvət edib.

Seçilən
22
far.az

1Mənbələr